"Taliban": ABŞ qoşunlarını mayın 1-dək Əfqanıstandan çıxarmalıdır
Tarix: 15-04-2021 15:49 | Bölmə: Dünya
"Taliban": ABŞ qoşunlarını mayın 1-dək Əfqanıstandan çıxarmalıdır

"Taliban" hərəkatı ABŞ-dan hərbçilərini Əfqanıstandan mayın 1-dək çıxarmasını tələb edib.

Məlumatı “RİA Novosti” yayıb.

“Taliban” ABŞ-ın qoşunlarını Əfqanıstandan çıxarmasını gecikdirdiyini bildirib. Hərəkat iddia edib ki, rəsmi Vaşinqton Qətərin Doha şəhərində əldə edilən ikitərəfli razılaşmanı pozub və mayın 1-dək qoşunlarını Əfqanıstandan çıxarmalıdır.

Xatırladaq ki, ABŞ prezidenti Cozef Bayden hərbçilərini Əfqanıstandan mayda çıxarmaqla 2021-ci il sentyabrın 11-dək başa çatdıracaqlarını bildirib/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər