Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyaları dəstəkləyən bəyanat yayıb
Tarix: 15-04-2021 17:57 | Bölmə: Dünya
Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyaları dəstəkləyən bəyanat yayıb

NATO-dan sonra Avropa İttifaqı (Aİ) da ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalarını dəstəkləyən bəyanat yayıb.

Aİ-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellin adından yayılan bəyanatda Aİ-nin Rusiyanın ünvanına ittihamlarla bağlı ABŞ-la həmrəy olduğu açıqlanıb.

“Aİ və üzv dövlətlər kiber məkandakı zərərli hərəkətlərin nəticələri, xüsusi ilə də Rusiya tərəfindən həyata keçirilmiş “SolarWinds” əməliyyatının nəticələri ilə əlaqədar olaraq ABŞ-la həmrəylik nümayiş etdirir”, - deyə bəyanatda vurğulanıb/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər