ABŞ dövlət katibi: “Heç vaxt Əfqanıstanda daimi hərbi mövcudluğumuz barədə düşünməmişik”
Tarix: 15-04-2021 19:26 | Bölmə: Dünya
ABŞ dövlət katibi: “Heç vaxt Əfqanıstanda daimi hərbi mövcudluğumuz barədə düşünməmişik”

“Biz heç vaxt Əfqanıstanda daimi hərbi mövcudluğumuz barədə düşünməmişik”.

Bunu Əfqanıstanda səfərdə olan ABŞ dövlət katibi Entoni Blinken deyib.

O bildirib ki, Əfqanıstanda "Əl-Qaidə" terror qruplaşmasının təhdidləri əhəmiyyətli dərəcədə zəifləyib.

Amerikalı diplomat qeyd edib ki, qoşunların çıxarılmasına baxmayaraq, ABŞ-ın Əfqanıstanla tərəfdaşlığı davam edəcək: “Əfqanıstana iqtisadi, diplomatik, siyasi cəhətdən dəstək verəcəyimizi qeyd edərək demək istərdim ki, son 20 ildə Əfqanıstanda xidmət etmiş qoşunlarımızın fövqəladə cəsarətini, gücünü və fədakarlığını xatırlayacağıq. Biz indi əfqan xalqı ilə tərəfdaşlığımızda yeni səhifə açırıq”.

“Taliban”a xəbərdarlıq edən ABŞ dövlət katibi hər hansı hücuma qarşı güclü cavab veriləcəyini vurğulayıb: “Əfqanıstanın milli təhlükəsizlik qüvvələrini dəstəkləməyə davam edəcəyik”.

O vurğulayıb ki, qoşunların çıxarılması iki ölkə arasında strateji münasibətlərin zəifləməsi demək deyil: “ABŞ əfqan xalqına və hökumətinə olan öhdəliklərinə hörmət edəcək”.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden mayın 1-dən etibarən qoşunların Əfqanıstandan çıxarılmağa başlanacağını bəyan edib/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər