Zelenski: “Ukrayna özünü Aİ və NATO-da qonaq kimi hiss edə bilməz”
Tarix: 16-04-2021 13:19 | Bölmə: Dünya
Zelenski: “Ukrayna özünü Aİ və NATO-da qonaq kimi hiss edə bilməz”

“Avropa İttifaqı, Şarl Mişel, Emmanuel Makron, Angela Merkel, Avropanın bir çox dövlət və hökumət başçısı bizi - Ukraynanı dəstəkləyir. Lakin söhbət Avropanın təhlükəsizliyindən gedir”.

Bunu Ukrayna Prezidenti Vladimir Zelenski Fransanın “Le Figaro” qəzetinə müsahibəsində deyib.

“Aİ liderləri Avropada təhlükəsizliyin Ukraynadan asılı olduğunu söyləyirsə, biz də bunun əvəzini qurbanlarla ödəyiriksə - artıq 14 mindən çox insan həlak olub - o zaman biz müəyyən bir statusa sahib olmalıyıq. Ukrayna özünü Aİ və NATO-da qonaq kimi hiss edə bilməz. Biz orda olmaq istəyirik. Düşünürəm ki, buna çoxdan layiq idik. İnanıram ki, biz Avropa İttifaqında olmalıyıq, NATO-nun Üzvlük Fəaliyyət Planını almalıyıq. Həmişə deyirəm ki, Ukrayna belə bir statusa sahib olmalıdır. O zaman ukraynalılar özlərini yalnız hiss etməyəcək”/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər