Zelenski: “Rusiya bizi qorxutmağa və təxribata çəkməyə çalışır”
Tarix: 16-04-2021 13:50 | Bölmə: Dünya
Zelenski: “Rusiya bizi qorxutmağa və təxribata çəkməyə çalışır”

“Rusiya bizi qorxutmağa və təxribata çəkməyə çalışır. İşğal olunmuş ərazilərdən snayperlərlə atəş açılır”.

Bunu Ukrayna prezidenti Vladimir Zelenski Fransanın “Le Figaro” qəzetinə müsahibəsində deyib.

“Krımda, Donbasda və Ukrayna-Rusiya sərhədinin müxtəlif istiqamətlərində qoşunların artdığını görürük. Onlar bunu “Qərb-2021” təliminə hazırlıqla əlaqələndirirlər. Ancaq hamımız başa düşürük ki, bu, siyasi, hərbi və psixoloji təzyiqdir. Niyə psixoloji? Çünki onlar bizi vururlar və cavab verməyimizi gözləyirlər. Üstəlik, Ukraynanın şərqində hücuma keçməyimizi gözləyirlər. Ancaq biz onlara bu fürsəti verməyəcəyik. Onların ritorikasını, Rusiya Prezidentinin ətrafındakı ritorikanı görürük. Bunu bizim üçün, Avropa üçün və həm də onun öz ölkəsi üçün çox təhlükəli hesab edirəm”, - deyə Ukrayna Prezidenti qeyd edib/APA




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər