ABŞ və Rusiyanın hərbi təyyarələri qarşılaşıb - Video
Tarix: 16-04-2021 14:21 | Bölmə: Dünya
ABŞ və Rusiyanın hərbi təyyarələri qarşılaşıb

Sakit okeanın hava sahəsində Rusiya qırıcısı “MİQ-31” və ABŞ-ın “RC-35” kəşfiyyat təyyarəsi üz-üzə gəlib.

Reyting.az
xəbər verir ki, havada iki güc mərkəzinin şahinləri arasında yaşanan gərginlik haqda Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Açıqlamada Rusiyanın “MİQ-31” qırıcısının Sakit okean üzərində Amerikanın “RC-135” kəşfiyyat təyyarəsinə qarşı qaldırıldığı, qırıcının ABŞ kəşfiyyat təyyarəsini Kamçatka yarımadasının cənub-şərq sahilləri boyunca nəzarət altında saxladığı bəyan edilib.

Nazirlik qeyd edib ki, Rusiya hava sahəsi nəzarət sistemləri Sakit okean üzərindən Rusiya sərhədlərinə doğru uçan hava hədəfini təsbit edib.

“MİQ-31” qırıcısı hava məkanında hədəfi təsbit etmək üçün Kamçatka bölgəsindən təcili havaya qaldırılıb. Hava hədəfinin ABŞ-ın “RC-135” kəşfiyyat təyyarəsi olduğu müəyyən edilib”,-Rusiya tərəfi bəyan edib.

Rusiya Müdafiə Nazirliyi əlavə edib ki, rus qırıcı təyyarəsinin uçuşu hava sahəsindən istifadə edilməsinə dair beynəlxalq şərtlərə tam uyğun olub.

My Webpage

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}