Bolqarıstanın Baş naziri istefaya göndərilib
Tarix: 16-04-2021 16:52 | Bölmə: Dünya
Bolqarıstanın Baş naziri istefaya göndərilib

Bolqarıstan parlamenti Baş nazir Boyko Borisovu istefaya göndərib.

“Yevropeyskaya pravda”y xəbər verir ki, qərar səs çoxluğu ilə qəbul olunub.

Belə ki, 240 deputatdan 156-sı B.Borisovun istefasının lehinə səs verib.

Baş nazir iclasda iştirak etməyib. Məlumata görə, o, parlamentə keçirilən sonuncu seçkilərdə hökumət başçısı postuna namizədliyini irəli sürməyəcəyinin bildirib.

Qeyd edək ki, aprelin 4-də Bolqarıstan parlamentinə seçkilər keçirilib. Onun başçılıq etdiyi Vətəndaşlar Bolqarıstanın Avropa Uğrunda İnkişafı Partiyası (QERB –“Qrajdane za evropeyskoye razvitie Bolqarii”) səslərin 26 faizini toplayaraq qalib gəlib. Lakin bu, təkbaşına hökumət qurmağa imkan vermir. Ona görə də QERB-in koalisiya hökuməti qurması üçün özünə müttəfiq tapmasına ehtiyac var.

Xatırladaq ki, B. Borisov 2009-cu ildən Bolqarıstanın Baş naziridir/Report




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər