Ukrayna XİN: Konsulun Sankt-Peterburqda saxlanılması təxribatdır
Tarix: 17-04-2021 13:02 | Bölmə: Dünya
Ukrayna XİN: Konsulun Sankt-Peterburqda saxlanılması təxribatdır

"Rusiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Ukraynanın Sankt-Peterburqdakı Baş Konsulluğunun əməkdaşının saxlanılması Rusiyanın sabitliyi pozan hərəkətləri fonunda növbəti təxribatdır".

"Ukrinform" verdiyi xəbərə görə, bunu Ukrayna Xarci İşlər Nazirliyinin mətbuat katibi Oleq Nikolenko deyib.

O bildirib ki, hazırda diplomat Ukrayna konsulluğundadır: "Saxlanılma halı araşdırılır. Yaxın zamanda Ukrayna tərəfi mövcud təcrübəni nəzərə alaraq bu təxribata cavab formasına qərar verəcək".

Qeyd edək ki, Rusiya Federal Təhlükəsizlik Xidməti aprelin 16-da Ukraynanın Sankt-Peterburqdakı Baş konsulu Aleksandr Sosonyukun saxlanılması barəəd məlumat yayıb. Bildirilib ki, ukraynalı diplomat RF vətəndaşı olan bir şəxslə görüşüb və o, Rusiya hüquq-mühafizə orqanlarının və Federal Təhlükəsizlik Xidmətinin məlumat bazalarından götürülən məxfi məlumatı alarkən saxlanılıb.(APA)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər