AŞPA müxalifətçinin həbsini təcili müzakirəyə çıxarır
Tarix: 19-04-2021 08:46 | Bölmə: Dünya
AŞPA müxalifətçinin həbsini təcili müzakirəyə çıxarır

Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası başlayır.

Almaniyanın Nazirlər Komitəsinə sədrliyi münasibətilə, sessiyada kansler Angela Merkel və Xarici işlər naziri Heiko Maas da iştirak edəcəklər.

Gündəlikdəki mövzulara isə Assambleyanın Avropa Şurasının strateji prioritetlərinə baxışı və Belarusda seçki islahatlarına ehtiyac barədə birgə müzakirələr daxildir. Sessiya çərçivəsində "Aleksey Navalnının 2021-ci ilin yanvarında həbsi" mövzusunda təcili bir debat tələbi də təqdim edilib.

Sessiya aprelin 22-də başa çatacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər