Avropa İttifaqı Şurasının prezidenti Gürcüstana səfər edib
Tarix: 20-04-2021 15:29 | Bölmə: Dünya
Avropa İttifaqı Şurasının prezidenti Gürcüstana səfər edib

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Gürcüstanda səfərdədir.

O, səfər çərçivəsində Gürcüstanın Prezidenti Salome Zurabişvili, Baş nazir İrakli Qaribaşvili və parlamentin sədri Arçil Talakvadze ilə, həmçinin müxalifət liderləri ilə görüşlər keçirəcək.

Ş. Mişelin sabah səhər Gürcüstanı tərk edəcəyi bildirilib.

Qeyd edək ki, ötən gün Gürcüstan Prezidentinin Orbeliani sarayında hakim "Gürcü Arzusu" Partiyası müxalifət partiyaları və liderləri arasında siyasi böhrandan çıxmaqla bağlı razılaşma imzalanıb. "Gürcüstanın gələcək yolu" adlı sənəd siyasi tərəflərə Aİ Şurası Prezidenti Şarl Mişel tərəfindən təqdim edilib. Ş. Mişel sənədin imzalanmasını Gürcüstanda siyasi böhrana son qoyulması kimi qiymətləndirib/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər