FHN: "Xankəndi yaxınlığında partlayışda 48 nəfərin cəsədi çıxarılıb" - Video
Tarix: 29-09-2023 17:48 | Bölmə: Gündəm
FHN: "Xankəndi yaxınlığında partlayışda 48 nəfərin cəsədi çıxarılıb"

Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş yanğın və partlayış hadisəsi ilə əlaqədar Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən axtarış-xilasetmə əməliyyatı sona çatdırılıb.

Reyting.az
xəbər verir ki, bu barədə FHN məlumat yaylıb.

Bildirilib ki, həyata keçirilən əməliyyat nəticəsində FHN-in xilasediciləri tərəfindən 48 nəfərin cəsədi dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin, qüvvələr tərəfindən hadisə baş vermiş ərazidə zəruri təhlükəsizlik tədbirləri görülüb.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}