15:41 / 18-04-2025
Sabahdan bu yollar bağlancaq
Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilir - Fotolar
Tarix: 21-11-2024 10:36 | Bölmə: Gündəm
Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilir

Azərbaycan və Türkiyə respublikalarının Hərbi Dəniz Qüvvələrinin (HDQ) sualtı hücum və sualtı müdafiə bölmələrinin qardaş ölkədə "SAT-SAS-2024" birgə təlimi keçirilir.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər.

Türkiyə Respublikasının Marmaris şəhərinin Aksaz dəniz bazasında keçirilən birgə təlimdə dəniz xüsusi təyinatlıları hədəf gəmilərinin zəbt edilməsi üzrə tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirib.

Təlimin növbəti günlərində plana əsasən, hər iki ölkənin xüsusi təyinatlı bölmələri quru və dəniz döyüş taktikalarının işlənməsi, helikopterdən enmə üsullarının yerinə yetirilməsi, şərti sahil ərazisinin zəbt edilməsi, partlamamış döyüş sursatlarının və dəniz minalarının axtarışı, eləcə də məhv edilməsi üzrə tapşırıqları icra edəcəklər.

Birgə təlim noyabrın 29-dək davam edəcək.








Bölməyə aid digər xəbərlər