Putinin qohumunun "Vikipediya" səhifəsi silinib
Tarix: 28-10-2025 12:11 | Bölmə: Dünya
Putinin qohumunun "Vikipediya" səhifəsi silinib

Rusiya prezidenti Vladimir Putinin qohumu Anna Tsivilyovaya aid səhifə rusdilli "Vikipediya"dan silinib. Anna Tsivilyova Putinin qohumu olmaqla yanaşı Rusiyanın Energetika naziri Sergey Tsivilyovun həyat yoldaşıdır.

Reyting.az
Rusiya KİV-nə istinadla xəbər verir ki, səhifə 10 avqust 2025-ci ildə silinsə də, onun arxiv nüsxəsi indiyə qədər internetdə mövcuddur.

Tsivilyova barəsində məlumat "Vikipediya"nın digər dillərdəki versiyalarında qalır.

Silinməyə əsas səbəb onun vəzifəsinin “siyasətçi" və ya "hərbçi" kateqoriyalarına düşmədiyi göstərilib.

Administrator kimi Maks Bernşteyn də bu qərarı təsdiqləyib və bunu "şəxsi nailiyyətlərin olmaması, vəzifələrin sinekura xarakteri daşıması" ilə izah edib. Qərar müzakirə olunsa da, bərpa üçün hələlik rəsmi müraciət edilməyib.

Xatırladaq ki, Anna Tsivilyova 2024-cü ilin iyun ayında Müdafiə nazirinin müavini və daha sonra isə stats-katib təyin olunub. Onun əri Sergey Tsivilyov isə elə həmin ilin may ayına qədər Kemerovo vilayətinin qubernatoru olub və hazırda Rusiyanın Energetika naziridir.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər