15:38 / 14-10-2025
Azərbaycan əhalisi artıb
Agentliyin işçiləri "Sədərək"də döyülüb
Tarix: 14-10-2025 13:07 | Bölmə: Xəbərlər
Agentliyin işçiləri "Sədərək"də döyülüb

Dövlət Reklam Agentliyi (ADRA) “Sədərək” ticarət mərkəzində əməkdaşlarının döyüldüyünü təsdiqləyib.

Reyting.az
xəbər verir ki, bu barədə ADRA-nın məlumatında deyilir:

“13 oktyabr 2025-ci iltarixində Dövlət Reklam Agentliyinin əməkdaşları Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzində qeyd olunan qanunvericilik aktlarının icrası ilə əlaqədar, xidməti vəzifələrini yerinə yetirən zaman həmin vaxt sözügedən ərazidə olan bir qrup şəxs ictimai qaydanı kobud surətdə pozmaqla əməkdaşlarımıza qarşı zor tətbiq etmiş, həmçinin Agentliyə məxsus xidməti avtomobillərə ziyan vurmuşlar”.




Bölməyə aid digər xəbərlər