15:38 / 14-10-2025
Azərbaycan əhalisi artıb
Azərbaycanda kərə yağı bahalaşıb
Tarix: 14-10-2025 15:29 | Bölmə: İqtisadiyyat
Azərbaycanda kərə yağı bahalaşıb

Bu ilin ilk 8 ayı ərzində Azərbaycana xarici ölkələrdən 98 milyon 703,2 min dollar dəyərində 13 min 625,6 ton kərə yağı idxal olunub.

Reyting.az
-ın Yeniavaz.com-a istinadən xəbərinə görə, xaricdən gətirilən kərə yağının bir kiloqramının orta gömrük dəyəri 7,2 dollar (12,2 manat) olub.

Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə idxal olunan kərə yağının bir kiloqramının orta gömrük dəyəri 5,3 dollar (9 manat) təşkil edib.

Açıqlanan rəqəmlərdən də göründüyü kimi, idxal olunan kərə yağının gömrük dəyəri son bir ildə 35,5% bahalaşıb.

Onu da bildirək ki, bu ilin ilk 8 ayında Azərbaycan 18 ölkədən kərə yağı idxal edib.

Ən çox kərə yağı İrandan (5 372,9 ton), ən az isə İspaniya və Lüksemburqdan (hər birindən 0,01 ton) gətirilib.

Ən baha kərə yağı Lüksemburqdan (bir kiloqramı 117,3 manat), ən ucuz isə Hindistandan (9,8 manat) idxal edilib.

Ötən ildən fərqli olaraq, bu il Azərbaycana Səudiyyə Ərəbistanından da böyük miqdarda – 1 011,4 ton kərə yağı gətirilib.

Bu ilin ilk 8 ayında Azərbaycan aşağıdakı ölkələrdən kərə yağı idxal edib:

İran – 5 372,89 ton (bir kiloqramının orta gömrük dəyəri 10,5 manat)
Türkiyə – 161,62 ton (13,1 manat)
Yeni Zelandiya – 3 205,55 ton (13,1 manat)
Ukrayna – 1 078,7 ton (12,6 manat)
Səudiyyə Ərəbistanı – 1 011,42 ton (14,5 manat)
Belarus – 924,55 ton (12,9 manat)
Finlandiya – 749,51 ton (16 manat)
Hindistan – 429 ton (9,8 manat)
Fransa – 259,68 ton (16,6 manat)
Almaniya – 236,89 ton (16,4 manat)
Belçika – 82,5 ton (15,2 manat)
Litva – 55,12 ton (15,4 manat)
Türkmənistan – 20 ton (9,9 manat)
İtaliya – 17,46 ton (20,6 manat)
Polşa – 14,95 ton (15 manat)
Rusiya – 5,07 ton (17,9 manat)
Portuqaliya – 0,64 ton (38,3 manat)
İspaniya – 0,01 ton (11,9 manat)
Lüksemburq – 0,01 ton (117,3 manat)

Məlumat üçün onu da qeyd edək ki, bu ilin avqust ayında marketlərdə kərə yağının orta pərakəndə satış qiyməti bir kiloqram üçün 24,1 manat olub.




Bölməyə aid digər xəbərlər