15:38 / 14-10-2025
Azərbaycan əhalisi artıb
Azərbaycan əhalisi artıb
Tarix: 14-10-2025 15:38 | Bölmə: Xəbərlər
Azərbaycan əhalisi artıb

Azərbaycanda əhalinin sayı ilin əvvəlindən 24 min 611 nəfər və ya 0,24 faiz artıb.

Reyting.az
xəbər verir ki, bu barədə məlumatı Dövlət Statistika Komitəsi açıqlayıb.

Bildirilib ki, əhalinin sayı cari ilin sentyabr ayının 1-i vəziyyətinə 10 milyon 249 min 500 nəfərə çatıb.

Ölkə əhalisinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.




Bölməyə aid digər xəbərlər