13:07 / 09-10-2025
Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşü keçirilir
13:01 / 09-10-2025
“QHT işi” üzrə daha bir məhkəmə başlayıb
12:57 / 09-10-2025
Əli Əsədov yeni qərar imzalayıb
12:56 / 09-10-2025
BMT sülhməramlı missiyaları azaldacaq
12:39 / 09-10-2025
"Azərikart"ın lisenziyası məhdudlaşdırılıb
12:34 / 09-10-2025
Sabah hava necə olacaq? - Proqnoz
12:26 / 09-10-2025
Hafiz Hacıyev: "Bayram Səfərovun Şuşaya aidiyyəti yoxdur"
12:01 / 09-10-2025
Ağdərənin Vəngli kəndinə növbəti köç olub
11:51 / 09-10-2025
İlham Əliyev Tacikistanda səfərdədir - Fotolar
11:24 / 09-10-2025
Azərbaycan vətəndaşı Gürcüstanda külli miqdarda narkotiklə yaxalanıb
10:56 / 09-10-2025
Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilə bilər - İlkin proqnoz
10:40 / 09-10-2025
DTX rəisi: İnanırıq ki, Ermənistanla məqsədyönlü təmaslarımız uğurla davam edəcək
10:23 / 09-10-2025
Əli Nağiyev: Bu gün daha 14 itkin-şəhidin adı açıqlanacaq
10:14 / 09-10-2025
Hikmət Hacıyev ABŞ-nın beyin mərkəzlərinin nümayəndələri ilə görüşüb
10:02 / 09-10-2025
Xankəndidə kürəkən, qayınata və qayın saxlanılıb
09:49 / 09-10-2025
Video yaratmağın yeni versiyası hazırlanıb
09:49 / 09-10-2025
Prezident beynəlxalq konfrans iştirakçılarına müraciət edib - Yenilənib
09:33 / 09-10-2025
Azərbaycanda ÜDM artıb, doğum səviyyəsi azalıb
09:11 / 09-10-2025
Bakıda kibertəhlükəsizlik festivalı başlayıb
09:06 / 09-10-2025
Pedofillər həbsxanada kastrasiya ediləcək
08:57 / 09-10-2025
Sürücü Los-Ancelesdə 6 min məşhurun evini yandırıb
08:50 / 09-10-2025
Makron diqqəti daxili siyasətdən yayındırır
08:45 / 09-10-2025
Fərdi yaşayış evində partlayış olub - Video
07:58 / 09-10-2025
Ağ evin elçisi Moskvaya niyə gəlib?
07:53 / 09-10-2025
Puqaçova və Qalkin Kiprdə tamaşada görüntüləniblər
07:46 / 09-10-2025
Netanyahu və Tramp “emosional” söhbət ediblər
07:43 / 09-10-2025
Rusiyada benzin qıtlığı 20 faizə çatıb
07:36 / 09-10-2025
Pentaqon yeni nəsil qırıcı layihəsini təsdiqləyib
23:55 / 08-10-2025
Səməd Vəkilovun kitabı Prezident kitabxanasının saytında yer alıb
18:00 / 08-10-2025
"Lamborghini" gələcəyin avtomobilini təqdim edib - Fotolar
18:01 / 04-10-2025

14:13 / 04-10-2025

19:30 / 05-10-2025

23:50 / 04-10-2025

16:49 / 04-10-2025

13:32 / 06-10-2025

13:35 / 04-10-2025

20:49 / 06-10-2025

13:14 / 05-10-2025

12:16 / 07-10-2025

18:25 / 06-10-2025

10:19 / 05-10-2025

Prezident beynəlxalq konfrans iştirakçılarına müraciət edib - Yenilənib
Tarix: 09-10-2025 09:49 | Bölmə: Gündəm

Bakıda "İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi" mövzusunda beynəlxalq konfrans keçirilir.
Reyting.az xəbər verir ki, tədbir Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə keçirilir.
Konfransda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyevlə yanaş, İtkin Düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın Baş direktoru Katrin Bomberger, Beynəlxalq Humanitar Hüquq İnstitutunun prezidenti Giorgio Battisti, Gürcüstan, Xorvatiya, Türkiyə, Moldova və başqa ölkələrdən nümayəndələr iştirak edirlər.
***
Azərbaycan prezidenti İlham Əliyev Bakıda Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə "İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi" mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət edib.
Reyting.az xəbər verir, müraciəti Dövlət Komissiyasının sədri Əli Nağıyev oxuyub.
Müraciətdə deyilir:
"Hörmətli konfrans iştirakçıları!
Sizi itkin düşmüş şəxslər mövzusuna həsr olunmuş beynəlxalq konfransda səmimi-qəlbdən salamlayıram.
İtkin düşmüş şəxslər məsələsi dünyanı narahat edən mühüm bəşəri problemlərdən biridir. İllər keçdikcə bu problem aktuallığını itirməmiş, əksinə, daha kəskin xarakter almışdır. Birləşmiş Millətlər Təşkilatının məlumatına görə son iyirmi il ərzində itkin düşənlərin sayında 2024-cü ildə ən yüksək artım qeydə alınmış, həmin il münaqişə bölgələrində 57 minə yaxın insan itkin düşmüşdür. Bu, silahlı münaqişələr dövründə beynəlxalq hüquq normalarına məhəl qoyulmamasının acı nəticəsidir.
Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə başlamış və 30 ildən artıq davam etmiş müharibənin doğurduğu humanitar faciələrdən biri də içərisində uşaqlar, qadınlar və ahılların olduğu 4000-dək azərbaycanlının itkin düşməsidir. Torpaqlarımızın işğaldan azad edilməsindən sonra həmin ərazilərdə 29 kütləvi məzarlıq aşkar edilib. Məzarlıqlardan tapılmış meyitlərin qalıqlarının ekspertizası qətlə yetirilmiş azərbaycanlıların dəhşətli işgəncələrə məruz qoyulduqlarını sübut edir. Bu, çox ağır mənzərədir. İnsanların kütləvi şəkildə, işgəncə ilə öldürülməsi, qeyri-insani qaydada basdırılması və cinayətin izlərinin itirilməsi beynəlxalq hüquq normalarının ciddi pozuntusudur.
Qarabağ müharibəsində itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi daim qarşımızda duran önəmli vəzifələrdən olmuşdur. 1993-cü ildən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası fəaliyyət göstərir. Bu günə qədər müharibə dövründə itkin düşmüş 187 nəfərin şəxsiyyəti eyniləşdirilmiş və onlar dəfn ediliblər.
2025-ci il avqustun 8-də Vaşinqtonda Amerika Birləşmiş Ştatları Prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamənin imzalanması və sülh sazişinin paraflanması böyük tarixi hadisə olmaqla, Cənubi Qafqaz regionunda davamlı sülhün və sabitliyin təmin edilməsi üçün yeni imkanlar yaradır. Sülh sazişinə münaqişə dövründə itkin düşmüş şəxslərlə bağlı xüsusi bir maddənin salınması məsələyə verdiyimiz önəmin təzahürüdür və sazişdə də təsbit olunduğu kimi bu şəxslərin taleyinə aydınlıq gətirilməsi tərəflər arasında barışıq və etimad mühitinin yaradılmasında əhəmiyyətli vasitədir. Bu baxımdan, Ermənistan tərəfi azərbaycanlıların qətlə yetirilərək basdırıldığı digər kütləvi məzarlıqların yeri barədə Azərbaycan tərəfinə məlumat verməlidir.
Azərbaycan dövləti itkin düşmüş şəxslər probleminə beynəlxalq birliyin diqqətinin artırılması üçün böyük səy göstərir. Artıq üçüncü dəfədir ki, ölkəmiz itkin düşmüş şəxslər mövzusuna həsr olunmuş beynəlxalq tədbirə ev sahibliyi edir. Azərbaycan itkin düşmüş şəxslərlə bağlı BMT Baş Assambleyasında qətnamələrin qəbul edilməsi üzrə 2002-ci ildən təşəbbüslərlə çıxış etməklə, dövlətləri və beynəlxalq təşkilatları bu istiqamətdə lazımi tədbirlər görməyə təşviq edir. Zənnimcə, BMT bu sahədə səylərini daha da artırmalıdır.
Əminəm ki, bu konfrans çərçivəsində keçiriləcək müzakirələr itkin düşmüş şəxslər probleminin həlli istiqamətində beynəlxalq əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verəcək.
Bir daha sizi salamlayır və konfransın işinə uğurlar arzulayıram".
Bölməyə aid digər xəbərlər

Bu gün, 09:11
Bakıda kibertəhlükəsizlik festivalı başlayıb
Dünən, 13:06
Xocalıya növbəti köç karvanı gedib
Dünən, 11:56
Astara şəhərinin Baş planı təsdiqlənib
7-10-2025, 22:23
İlham Əliyev Zirvə Görüşü ilə bağlı paylaşım edib - Video
7-10-2025, 20:03
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
7-10-2025, 15:31
Tokayev: "Biz gənclərin mədəni inteqrasiyasını gücləndirməliyik"
7-10-2025, 15:17
TDT-nin 12-ci Zirvə görüşü çərçivəsində Qəbələ bəyannaməsi imzalanıb
7-10-2025, 15:06
Tokayev: Qazaxıstan "TDT+" formatının yaradılmasını dəstəkləyir
7-10-2025, 14:58
Qurbanqulu Berdiməhəmmədov: "TDT qardaş xalqların təşkilatıdır"
7-10-2025, 14:24
Özbəkistan prezidenti: "Bu, bütün Türk xalqlarının zəfəridir"
7-10-2025, 13:30
İlham Əliyev Vladimir Putinə zəng edib
7-10-2025, 12:19
Berdiməhəmmədov Qəbələdədir - (Yenilənib) - Fotolar
7-10-2025, 12:16
Ərdoğan Azərbaycanda səfərdədir - Fotolar
6-10-2025, 17:07
İlham Əliyev Qəbələdə Şimali Kiprin Prezidenti ilə görüşüb
6-10-2025, 13:32
Viktor Orban Azərbaycana gəlib - (Yenilənib)
6-10-2025, 12:00
TDT-nin baş katibi Qəbələdədir
6-10-2025, 11:52
İlham Əliyev Qəbələdə Binəli Yıldırımı qəbul edib
6-10-2025, 11:42
Azərbaycana qrip əleyhinə vaksinasiya kampaniyası başlayır
6-10-2025, 11:25
Berdiməhəmmədov Azərbaycana səfər edəcək
6-10-2025, 09:26
İstifadəyə yararsız döyüş sursatları məhv ediləcək
5-10-2025, 18:24
Mühasib sertifikatı almaq istəyənlər üçün test imtahanı keçirilib
5-10-2025, 00:02
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
4-10-2025, 18:01
Cəbrayılda Şəhər Günü qeyd edilib - Fotolar
4-10-2025, 11:49
Bir qrup tələbəyə Prezident təqaüdü veriləcək - Sərəncam
3-10-2025, 18:00
DTX-nın əməliyyatı: 4 nəfər dövlətə xəyanət ittihamı ilə həbs olunub
3-10-2025, 14:46
Xəzər dənizinə həsr olunmuş beynəlxalq konfrans keçirilib
3-10-2025, 13:27
Milli mətbuatın yubiley medalına namizədlər müəyyənləşdirilib
3-10-2025, 12:27
Prezident Danimarkaya işgüzar səfərindən paylaşım edib - Foto
3-10-2025, 11:33
İlham Əliyev: "Almaniya bizim üçün vacib tərəfdaş ölkədir"
3-10-2025, 11:22
İlham Əliyev Koreya prezidentinə məktub ünvanlayıb
3-10-2025, 10:56
Yüksək Qızlar Liqasında yeni mövsümün püşkü atılıb
3-10-2025, 00:07
Suqovuşan və Talışın işğaldan azad edilməsindən beş il ötür
2-10-2025, 18:19
Prezident Əliyev Makronla görüşüb - Foto
2-10-2025, 17:50
İlham Əliyev Ukrayna prezidenti ilə görüşüb - (Yenilənib) - Foto
2-10-2025, 15:28
İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri ilə görüşü olub - (Yenilənib) - Fotolar
2-10-2025, 13:51
Azərbaycan prezidenti plenar sessiyada iştirak edib - (Yenilənib)
2-10-2025, 12:29
İlham Əliyev Zirvə toplantısında iştirak edib - (Yenilənib) - Foto
2-10-2025, 11:21
İlham Əliyev və Nikol Paşinyan Kopenhagendə görüşüblər - Foto