10:46 / 20-10-2025
Su anbarında meyit tapılıb
Tramp Çinə qarşı əsas tələblərini açıqlayıb
Tarix: 20-10-2025 12:11 | Bölmə: Dünya
Tramp Çinə qarşı əsas tələblərini açıqlayıb

ABŞ Prezidenti Donald Tramp Çinlə ticarət danışıqları öncəsi Vaşinqtonun əsas narahatlıqlarını açıqlayıb. O, nadir torpaq metalları, fentanil və soya paxlalarını ABŞ-ın prioritet məsələləri kimi vurğulayıb.

Reyting.az
xəbər verir ki, Tramp Çin hökumətini nadir torpaq metalları ilə bağlı "oyun oynamamağa" çağırıb.

Xatırladaq ki, Çin bu sahədə qlobal bazarda əsas təchizatçı ölkələrdən biridir.

ABŞ Maliyyə naziri Skott Bessentin sözlərinə görə, iki ölkə nümayəndələri bu həftənin sonunda Malayziyada danışıqlar aparacaq.

Yalnız bir həftə əvvəl Tramp Çinlə planlaşdırılan ilk təkbətək görüşünü ləğv edə biləcəyi ilə bağlı xəbərdarlıq etmişdi. Səbəb isə Çin rəhbərliyinin nadir torpaq metalları üzərində nəzarəti gücləndirmək niyyəti olub. Bundan əlavə, Tramp noyabrın 1-dən Çin məhsullarına 100 faiz tarif tətbiq ediləcəyini bildirib. Bu qərar, əgər uzadılmasa, noyabrın 10-da başa çatacaq ticarət barışığını təhlükə altına qoyur.

Ticarət mübahisəsində əsas mübahisə mövzularından biri də soya paxlasıdır. Çin ötən il ABŞ-dan 12,6 milyard dollarlıq soya almışdı, lakin bu il alışı tamamilə dayandırıb və alışını Cənubi Amerikaya yönəldib. Nəticədə ABŞ-da fermerlər satılmamış məhsulların saxlanması və qiymətlərin enməsi ilə bağlı çətinlik yaşayırlar.

Avqustda Tramp Çin tərəfini ABŞ-dan soya alımını dörd dəfə artırmağa çağırmışdı. Lakin bu çağırış cavabsız qaldığı üçün prezident ötən həftə Çindən bitki yağı idxalını dayandırmaqla hədələmiş və Pekini “amerikalı fermerlərə çətinlik yaratmaqda” ittiham etmişdi.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər