10:46 / 20-10-2025
Su anbarında meyit tapılıb
Xaçmazda 34 yaşlı şəxs güllələnib
Tarix: 20-10-2025 12:14 | Bölmə: Gündəm
Xaçmazda 34 yaşlı şəxs güllələnib

Xaçmazda 34 yaşlı şəxs güllələnib.

Xaçmaz Rayon Prokurorluğundan Reyting.az-a bildirilib ki, oktyabrın 19-da saat 19 radələrində Xaçmaz rayonu ərazisində 1981-ci il təvəllüdlü Emin Cəlilovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1988-ci il təvəllüdlü Rafiq Həbibovun tüfəngdən atəş açaraq Emin Cəlilovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Rafiq Həbibov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.




Bölməyə aid digər xəbərlər