20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Palata universitet və ASC-də yoxlama apardı - Sənədlər MM-ə göndərildi
Tarix: 19-06-2019 17:50 | Bölmə: Gündəm
Palata universitet və ASC-də yoxlama apardı - Sənədlər MM-ə göndərildi

Bu gün Hesablama Palatasında növbəti kollegiya iclası keçirilib.

Reyting.az
Palataya istinadla xəbər verir ki, kollegiya iclasında həyata keçirilmiş aşağıdakı nəzarət tədbirləri üzrə Auditor Hesabatları müzakirə olunub:

- “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-yə ayrılan büdcə vəsaitlərinin icrasına və dövlət əmlakından istifadəyə dair;

- Azərbaycan Dövlət Neft və Sənaye Universiteti üzrə daxilolmaların və xərclərin proqnozlaşdırılması və icrası üzrə maliyyə və uyğunluq auditinə dair.

Kollegiya iclasında nəzarət tədbiri üzrə auditor hesabatları barədə müvafiq qərar qəbul olunub. Nəzarət tədbirlərinin nəticələri üzrə qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara kollegiya qərarının göndərilməsi, Milli Məclisinə müvafiq məlumatın təqdim olunması qərara alınıb.

İclasda, həmçinin İş Planı ilə nəzərdə tutulmuş kənar dövlət maliyyə nəzarəti tədbiri ilə bağlı proqram müzakirə olunaraq təsdiq edilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər