20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki qurumların sayı artırılıb
Tarix: 20-06-2019 10:40 | Bölmə: Gündəm
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki qurumların sayı artırılıb

Ərazi Tikinti-Planlaşdırma Mərkəzi "Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"na daxil edilib.

Reyting.az xəbər verir ki, bununla bağlı Baş Nazir Novruz Məmmədov qərar imzalayıb.

Qərarla komitənin strukturuna daxil olmayan tabeliyindəki qurumların sayı 3-dən 4-ə çatdırılıb:

1. "Azərmemarlayihə" Dövlət Baş Layihə İnstitutu.

2. Bakı Dövlət Layihə İnstitutu.

3. Azərbaycan İnşaat və Memarlıq Elmi Tədqiqat İnstitutu.

4. Ərazi Tikinti-Planlaşdırma Mərkəzi.

Qeyd edək ki, Prezident İlham Əliyev 19 mart 2019-cu ildə "Ərazi Tikinti-Planlaşdırma Mərkəzi" adlı publik hüquqi şəxs yaradılması barədə fərman imzalayıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər