Baş nazir ölkəmizə qonaq gəlib
Tarix: 23-06-2019 20:46 | Bölmə: Gündəm
Baş nazir ölkəmizə qonaq gəlib

Monteneqronun Baş naziri Duşko Markoviç Azərbaycana rəsmi səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Monteneqronun Baş naziri Duşko Markoviçi hava limanında Azərbaycan Respublikasının Baş nazirinin müavini Əli Həsənov və digər rəsmi şəxslər qarşılayıblar. Azərbaycan və Monteneqronun dövlət himnləri səsləndirilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}