20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
34 saylı dairə üzrə 7 məntəqənin nəticələri etibarsız hesab edilib
Tarix: 17-02-2020 17:00 | Bölmə: Gündəm
 34 saylı dairə üzrə 7 məntəqənin nəticələri etibarsız hesab edilib

MSK-nın bugünkü iclasında 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizədlər Səməd Rəhimli və digərlərinin müraciətinə üzrə də qərar verilib.

Reyting.az
xəbər verir ki, şikayətlərlə bağlı məlumat verən MSK üzvü İlkin Şahbazovun sözlərinə görə, müraciət edən namizədlər pozuntularla bağlı ümumilikdə 36 məntəqə üzrə 35 protokol təqdim ediblər: "Müəyyən edilib ki, onun 8-i orijinal, qalanları isə kserosurətdir. Bəzi protokollardan müəyyən fərqlər yaradılıb".

Nəhayət, müzakirələrdən sonra bu dairə üzrə 7 məntəqədəki ( 1, 2, 3, 4, 18, 30 və 38 saylı) səsvermənin nəticələri etibarsız hesab edilib

Xatırladaq ki, 34 saylı Xətai ikinci seçki dairəsinin lider namizədi Rus icmasının sədri, deputat Mixail Zabelindir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər