Kriminal avtoritet həbs olunub - Foto
Tarix: 01-09-2025 13:53 | Bölmə: Slayd
Kriminal avtoritet həbs olunub

Müxtəlif cinayət əməllərinin törədilməsində təqsirli bilinən və kriminal aləmdə "Kriti Vüsal Masallinski" kimi tanınan Vüsal Nuriyev saxlanılıb.

Reyting.az
xəbər verir ki, Vüsal Nuriyev DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi tədbirlərə saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub.

V. Nuriyev həbs olunub, onun qanunsuz əməlləri ilə bağlı başlanan cinayət işi üzrə istintaq tədbirləri davam etdirlir.

Qeyd edək ki, "Kriti Vüsal Masallinski" törətdiyi müxtəlif cinayətlərə görə dəfələrlə məhkumluq həyatı yaşayıb.





Bölməyə aid digər xəbərlər
29-08-2025, 11:00 Yeri fəlakət gözləyir?
25-08-2025, 15:29 Putin Trampı aldadır
25-08-2025, 11:32 NATO dağıla bilər