11:32 / 06-09-2025
Bakıda “KamAZ” avtomobilin üzərinə aşıb, ölən var - Fotolar - Yenilənib
09:52 / 06-09-2025
Aleksey Overçuk “Tramp marşrutu”na müsbət yanaşır
09:44 / 06-09-2025
Fernandu Santuş: "Axı nəyə görə istefa verməliyəm?"
08:51 / 06-09-2025
Qayınata kürəkənini qətlə yetirib - Yenilənib
08:36 / 06-09-2025
Tramp Venesuelaya zərbə endirməyi düşünür
22:31 / 05-09-2025
İşçi qrupu növbəti iclasını keçirib - Fotolar
22:21 / 05-09-2025
Bakı-Tehran-Bakı aviareysi bərpa olunur
18:42 / 05-09-2025
Daşkəsənin Alaxançallı kəndində sel fəsadlar törədib
18:05 / 05-09-2025
Britaniya baş nazirinin müavini istefa verib
17:49 / 05-09-2025
Astarada kütləvi zəhərlənmə olub - Yenilənib
17:32 / 05-09-2025
Azərbaycan və Macarıstan arasında yeni sənədlər imzalanıb
17:30 / 05-09-2025
Bəxtiyar Məmmədova Alay komandiri vəzifəsi həvalə olunub
17:07 / 05-09-2025
Əli Əsədov qərar imzalayıb
16:58 / 05-09-2025
Qadını maşınla vuran sürücü döyülüb
16:41 / 05-09-2025
Bakıda evlərə girən qadın saxlanııb - Video
16:11 / 05-09-2025
Atletlər Komissiyanın sədri dəyişib
15:46 / 05-09-2025
ABŞ altı ölkəni böyük təhlükə ilə üz-üzə qoyur
15:46 / 05-09-2025
Tramp: "ABŞ Rusiya və Hindistanı Çinə uduzub"
15:19 / 05-09-2025
Kreml: Ukrayna ərazisində Şimali Koreya hərbçiləri yoxdur
15:13 / 05-09-2025
"Tərtər işi": cinayət işi üzrə qərar verilib
15:09 / 05-09-2025
Kabab qonaqlığı - Hekayə
14:52 / 05-09-2025
Təqsirləndirilən şəxs: "Vardanyanın yaratdığı silahlı birləşməyə qoşulmuşam"
14:40 / 05-09-2025
Azərbaycanın üzvlüyünün bloklanması... - Rusiya da yaxından iştirak edib
13:41 / 05-09-2025
"Teleqram" üzərindən hücumlarla bağlı araşdırmanın nəticələri açıqlanıb
13:36 / 05-09-2025
Sabah hava necə olacaq? - Proqnoz
13:17 / 05-09-2025
Mask Trampın dəvətini qəbul etməyib
13:05 / 05-09-2025
Qarabağdan köçənlər Ermənistanda vətəndaşlıq alır
13:01 / 05-09-2025
Prezident yol tikintisinə 2 milyon manat ayrıb - Sərəncam
12:56 / 05-09-2025
Rusiya XİN AZAL-ın vurulan təyyarəsi ilə bağlı yalan məlumat yayıb
12:51 / 05-09-2025
İsrail ordusu Qəzzanın 40 faizini nəzarətə götürüb
16:05 / 02-09-2025

18:10 / 01-09-2025

19:51 / 02-09-2025

16:45 / 01-09-2025

07:40 / 02-09-2025

19:47 / 01-09-2025

22:48 / 02-09-2025

13:53 / 01-09-2025

15:59 / 01-09-2025

15:28 / 02-09-2025

11:53 / 04-09-2025

17:42 / 01-09-2025

Prezident İtaliyanın ən iri şirkətlərinin rəhbərləri ilə işçi nahar edib
Tarix: 20-02-2020 20:48 | Bölmə: Gündəm

Fevralın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyaya dövlət səfəri çərçivəsində “Cassa Depositi Prestiti SpA”nın prezidenti Qorno Tempini və bu ölkənin ən iri şirkətlərinin rəhbərləri ilə birgə işçi nahar edib.
Reyting.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Dövlətimizin başçısını salamlayan “Cassa Depositi Prestiti SpA”nın prezidenti Covanni Qorno TEMPİNİ dedi:
-Hər vaxtınız xeyir, Zati-aliləri Prezident Əliyev.
Hörmətli nazirlər, hörmətli dövlət katibi Di Stefano, hörmətli səfirlər, hörmətli SOCAR-ın vitse prezidenti, hörmətli qonaqlar, hər vaxtınız xeyir. Bu gün sizi burada salamlamaq məndə məmnunluq hissi doğurur.
Cənab Prezident, bizim dəvətimizi qəbul etdiyiniz üçün Sizə ən dərin minnətdarlığımı bildirirəm. İcazə verin, bu görüşün məqsədilə Sizi tanış etmək üçün bir neçə söz deyim.
İtaliya İqtisadiyyatının Milli Təşviqi Təşkilatı, 170 yaşı olan bir təşkilat kimi və missiyası İtaliyanın iqtisadiyyatını inkişaf etdirməkdən ibarət olan “Cassa Depositi Prestiti SpA”nın prezidenti kimi və bu işçi naharı təşkil etmək şərəfi nəsib olmuş bir şəxs olaraq biz ikitərəfli iqtisadi əlaqələrimizin gücləndirilməsinə töhfə vermək məqsədilə burada İtaliyanın bəzi ən yaxşı sənaye liderləri olan şirkətlərinin irəli sürdüyü təşəbbüsləri Sizin diqqətinizə çatdırmaq üçün əyləşmişik. İtaliya Azərbaycanın birinci qlobal ticarət tərəfdaşıdır. Sizin ölkəniz bizim aparıcı üç enerji təchizatçımızdan biridir. Trans-Adriatik boru kəməri layihəsi ilə bizim tərəfdaşlığımız daha da yüksək səviyyəyə çatacaq. Ticarət dövriyyəmiz keçən il, demək olar ki, 6 milyard avroya çatdırılmışdır, lakin burada çox böyük qeyri-tarazlıq var idi. Bizim Azərbaycana ixracımız ümumilikdə yarım milyarddan az olmuşdur. Bizim vəzifəmiz də bu qeyri-tarazlığın aradan qaldırılmasına çalışmaqdır və belə demək olar ki, bumeranq investisiyalarını həyata keçirməkdir.
Azərbaycan inkişaf etməkdə olan iqtisadiyyatını şaxələndirməkdə qətiyyətlidir və əsas diqqəti kənd təsərrüfatı, ətraf mühitə ziyan vurmayan nəqliyyat və enerji sektorunun müasirləşdirilməsinə yetirir. İtaliya ölkənizdə biznesini genişləndirməyə hazır olan öz milli lider şirkətləri, kiçik və orta həcmli müəssisələrinin geniş şəbəkəsi vasitəsilə bu məqsədlərə töhfə verə bilər. “Cassa Depositi Prestiti”nin (CDP) biznes planının mərkəzində italyan şirkətlərinin beynəlxalq inkişafına dəstəyin göstərilməsi dayanır. Buna görə də CDP Azərbaycan ilə biznes qurmaq istəyən bütün italyan iş adamlarının arxasında durur. Bundan əlavə, burada təmsil olunan şirkətlərin demək olar ki, yarısına CDP tərəfindən sərmayə yatırılıb və onun 500-dən çox İtaliya şirkətində payı var. Sonuncu, lakin əhəmiyyətinə görə sonuncu olmayan məsələ isə CDP İtaliyanın suveren investisiya fondu kimi potensial olaraq Azərbaycana marağı olan şirkətlər üçün çoxlu müştərək investisiya imkanlarını təklif edir. Bir daha Sizə təşəkkür edirəm. Buyurun cənab Prezident, söz Sizindir.
Prezident İlham ƏLİYEV: Çox təşəkkür edirəm. CDP-nin sədrliyi ilə işçi naharda bir araya gəlmək təşəbbüsünə görə CDP-yə minnətdarlığımı bildirmək istərdim. Sabah 100-dən çox şirkətin iştirakı ilə İtaliya-Azərbaycan biznes forumu keçiriləcək. Lakin bu gün mən İtaliyanın ən böyük şirkətləri - İtaliya iqtisadiyyatının aparıcı şirkətləri ilə görüşürəm. Onlardan bəziləri ilə bizim uzun illərdir çox sıx əməkdaşlığımız var. Onlardan bəziləri bizimlə işləməyi planlaşdırır və bu, tamamilə bizim məqsədlərimizə uyğundur.
Mənim İtaliyaya dövlət səfərimin çox böyük əhəmiyyəti var. Prezident, Baş Nazir və Senatın rəhbəri ilə görüşdən sonra deyə bilərəm ki, artıq səfərim uğurlu hesab oluna bilər. Bu, iki il əvvəl Prezident Mattarellanın səfərindən sonra güclənmiş fəal dialoqun davamıdır. O vaxt əldə etdiyimiz razılaşmalar və müzakirə etdiyimiz məsələlər hazırda həyata keçirilmə mərhələsindədir. Mənim səfərim zamanı 20-dən çox sənədin bəziləri artıq imzalanıb və sabah da imzalanacaq. Onlar siyasi, iqtisadi, ticarət, nəqliyyat, mədəni və digər sahələr olmaqla, çoxşaxəli məsələləri əhatə edir. Onların arasında mən xüsusilə Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlığın inkişafı və gücləndirilməsi üzrə Birgə Bəyannaməni qeyd etmək istərdim. Bu, həqiqətən də qarşıdakı uzun illər ərzində bizim sıx əməkdaşlığımızı müəyyən edən çox vacib siyasi sənəddir. Bizim üçün İtaliya, cənab sədrin dediyi kimi, təkcə bir nömrəli ticarət tərəfdaşı deyil, həmçinin Avropada ən yaxın tərəfdaşlarımızdan biridir. Bu vacib tarixi sənədi imzaladıqdan sonra düşünürəm ki, bizim münasibətlərimiz yeni mərhələyə qədəm qoymalıdır.
Layihələrin praktiki olaraq həyata keçirilməsi ilə bağlı deyə bilərəm ki, yalnız Azərbaycanın enerji sektoru və Azərbaycanın sərhədlərindən kənarda maliyyələşdirdiyi enerji layihələri ilə bağlı İtaliya şirkətləri dəyəri 10 milyard ABŞ dollarına yaxın olan müqavilələr imzalayıblar. Qeyri-enerji sektorunda bu rəqəm təqribən 700 milyon dollardır. Bəli, mən razıyam ki, bizim ticarət dövriyyəmizdə böyük qeyri-tarazlıq var. Lakin biz, həmçinin bilməliyik ki, bu, əsasən bizim İtaliyaya neft ixracımızla bağlıdır. Ona görə də biz ixracımızın şaxələndirilməsində maraqlıyıq. Əlbəttə ki, biz Azərbaycana İtaliya ixracını artırmaq üçün əlavə tədbirlər görməliyik. Bizim şaxələndirmə və sənayeləşmə siyasətimizi nəzərə alaraq mən sizə deyə bilərəm ki, ötən il bizim enerjiyə aid olmayan sənayemiz 14 faiz artmışdır və bu ilin yanvarında artıq əlavə 16 faiz həcmində də artmışdır. Bunun səbəbi sənaye sektorunda dövlət və özəl sektor tərəfindən maliyyələşən layihələrlə bağlıdır. Çünki İtaliya istehsalçıları yüksək səviyyəli fəaliyyəti olan çox peşəkar şirkətlərdir. Ona görə də Azərbaycanın texnoloji cəhətdən yenilənməsi bizim prioritetimizdir. Əminəm ki, mənim səfərimdən sonra ortaq maraqları təmsil edən daha çox layihələr görəcəyik. Səfər ərzində burada iştirak edən şirkətlərdən biri ilə çox vacib Anlaşma Memorandumu imzalandı. Bu, “Leonardo” tərəfindən həyata keçiriləcək çox böyük müqavilə olacaq. Bu gün mənim və Baş Nazirin iştirakı ilə bizim Müdafiə nazirliklərimiz arasında sənəd imzalandı. Bu, bizim əməkdaşlığımızda yeni səhifənin açılışı olacaq və bu, çox ümidverici layihədir. Çünki biz müdafiə infrastrukturumuzun müasirləşdirilməsi mərhələsindəyik. Azərbaycanın iqtisadi göstəriciləri müsbətdir. Ölkənin iqtisadiyyatı sabitdir. Xarici borc çox aşağıdır – ümumi daxili məhsulun 17 faizini təşkil edir. Sərbəst konvertasiya olunan valyuta ehtiyatları xarici borcdan 6 dəfə böyükdür. Biz istədiyimiz qədər borc götürə bilərik. Bizim əsas məqsədimiz şaxələndirmədir. TAP tamamlanandan sonra, - ümid edək ki, bu, çox tezliklə olacaq, - düşünürəm ki, biz enerji sektorunda bütün planlaşdırdıqlarımızı tamamlayacağıq. Çünki qeyd etdiyiniz kimi, bu gün biz İtaliyaya əsas neft ixracatçılarından biriyik. Düşünürəm ki, biz birinciyik. Təbii qazın nəqli ilə biz aparıcı ölkələr arasında olacağıq. Ona görə də əsas diqqət qeyri-enerji sektoruna yetirilməlidir. Burada biz kənd təsərrüfatı, ağır sənaye, kiçik və orta müəssisələrin qarşılıqlı əlaqəsi məsələlərinə gəlirik. Əlbəttə, biz İtaliyadan böyük investisiyaları alqışlayırıq və İtaliya iqtisadiyyatına investisiya yatırmağa hazırıq. Bu gün Azərbaycanın İtaliya şirkətlərində və daşınmaz əmlaklarında investisiyaları təqribən 1,5 milyard dollar təşkil edir və bizim inkişaf etmək üçün potensialımız mövcuddur.
Kosmik sənaye sahəsində əməkdaşlığın inkişafı da iqtisadiyyatımızın ümidverici sektorlarından biridir, həmçinin turizm. Azərbaycana gələn İtaliya vətəndaşlarının sayı artmaqdadır. Bir çox digər sektorlar da var. Başqa sözlə, güclü siyasi münasibətlər işgüzar dairələr üçün çox möhkəm zəmin yaradır. Bu güclü siyasi münasibətlər mənim uğurlu səfərim zamanı yenidən gücləndirildi. Ona görə də əminəm ki, qarşıdan gələn illərdə İtaliya şirkətləri Azərbaycanda ən fəal olan şirkətlər olacaqlar. Onların bəziləri ilə, - bu şirkətlərin nümayəndələri buradadır, - bizim artıq uzunmüddətli əməkdaşlığımız mövcuddur. Bəziləri ilə biz əməkdaşlığa başlamağı planlaşdırırıq. Əminəm ki, bugünkü işçi nahar çox məhsuldar olacaq və biz çox yaxşı nəticələri görəcəyik. Bir daha dəvət üçün təşəkkür edirəm. Əminəm ki, bizim müzakirələr zamanı hər iki tərəf üçün faydalı gələcəyimizi planlaşdıracağıq.
İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi Manlio di STEFANO: Zati-aliləri Prezident Əliyev, CDP-nin sədri cənab Covanni Qorno Tempini, hörmətli qonaqlar. Bu toplantıda İtaliya hökumətini təmsil etmək mənim üçün həqiqətən də böyük şərəfdir və məndə səmimi məmnunluq hissi doğurur. Əvvəla, mən bu işçi naharı və tədbiri təşkil etdiyinə görə CDP-yə minnətdarlığımı bildirmək istəyirəm. Hesab edirəm ki, bu tədbir Zati-aliləri Prezident İlham Əliyevin dövlət səfərinin mühüm bir hissəsidir.
CDP qrupu İtaliyanın maliyyə qoludur və şirkətlərə beynəlxalq səviyyəyə çıxmaları üçün maliyyə həlləri təklif edir. Mən İtaliyanın iş adamlarının bu gün azərbaycanlı həmkarları ilə birlikdə çalışdığını görməkdən fəxr duyuram. Mən şəxsən bu dövlət səfərinin təşkili üçün, xüsusilə Azərbaycanla ikitərəfli əlaqələrə yardımçı olmaq məqsədilə çox səy göstərmişəm. Keçən ay mən Energetika naziri cənab Pərviz Şahbazovla birlikdə ölkələrimizi bir-birinə daha da yaxınlaşdırmaq üçün böyük nəticələr vermiş iqtisadi əməkdaşlıq üzrə beşinci İtaliya-Azərbaycan Birgə Komissiyasına həmsədrlik etdim. Bizim qarşılıqlı ticarət mübadiləmiz ölkələrimizin iqtisadiyyatının bir-birini tamamlamasını nümayiş etdirir. Bizim demək olar ki, altı milyard avro məbləğində ticarət dövriyyəmiz olmuşdur. Mən prezident Tempininin artıq dedikləri bütün rəqəmləri və yaxşı əməkdaşlığı bir daha qeyd etməyəcəyəm. Lakin onu demək istəyirəm ki, Trans-Adriatik, Trans-Anadolu və Cənubi Qafqaz boru kəmərləri ilə artıq gerçəkləşən ən böyük imkanlar həqiqətən münasibətlərimizə təkan verəcək. Bu, “Şahdəniz” qaz yatağı ilə bağlantı sayəsində mümkün olacaq. Bu, bizə 2 milyard avro dəyərində, - bu rəqəm qeyd edilməmişdir, - əlavə ticarət dövriyyəsini gətirəcək. Bu rəqəm və layihələr hökumətlərimiz tərəfindən edilmiş spesifik, dəqiq siyasi seçimlərdir. Buna görə də düşünürəm ki, bizi bir-birimizə bağlayan dostluq münasibətlərində bu seçimlər qarşılıqlılıq prinsipi ilə bağlı gözləntiləri daha da yüksəldir.
Mən çox şadam ki, cənab Prezident, Siz bunu çox aydın qeyd etdiniz. Qarşılıqlılıq prinsipi dedikdə iki ölkə arasında, həmçinin qaz sənayesindən kənarda olan sahələrdə qarşılıqlı əməkdaşlığı daha da artırmaq üçün imkanları nəzərdə tuturam. Fakt etibarilə, italyan şirkətləri infrastrukturun inşası, maşınqayırma sənayesi sahələri ilə yanaşı, eyni zamanda, təyyarələr, helikopterlər, hava məkanı, kibertəhlükəsizlik və bir çox digər sahələrdə fəaliyyəti ilə seçilirlər. Onların bir çoxunu bu gün bu masanın ətrafında əyləşənlər arasında görürəm. Bizim İtaliyadakı bütün bu aparıcı lider şirkətləri ilə müntəzəm əlaqələrimiz var. Mən əminəm ki, siz son bir neçə ildə onların fəaliyyətindən faydalanmısınız və gələcəkdə də faydalanacaqsınız. Buna görə də burada olduqlarına görə onlara təşəkkürümü bildirirəm.
Biz sizə nə nümayiş etdirmək istəyirik. Məlumdur ki, İtaliya şirkətləri bütün dünyada yüksək reytinqə malikdirlər. Lakin onları fərqləndirən cəhət odur ki, onlar həqiqətən komanda şəklində çalışa bilir və bizim şirkətlər xaricdə fəaliyyət göstərdikdə biz onlarla birlikdə italyan sistemini tətbiq edirik. Buna görə bugünkü tədbirə görə mən şəxsən azərbaycanlı dostlara minnətdarlığımı bildirirəm. Əminəm ki, imzalanmış anlaşma memorandumları və qarşımızdakı imkanlar sayəsində biz gələcəkdə daha da böyük əməkdaşlığa nail ola biləcəyik. Nümayiş etdirmək üçün daha da böyük potensial mövcuddur. Mən əminəm ki, bu səfər və sabah keçiriləcək biznes forum bu imkanlara təkan verəcək. Beləliklə, bir daha Sizə və CDP-yə təşəkkür edirəm.
İşçi naharda iştirak edən şirkət rəhbərləri Azərbaycanda həyata keçirdikləri fəaliyyətləri barədə məlumat verdilər, həmçinin ölkəmizlə əməkdaşlıq imkanlarının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.
Bölməyə aid digər xəbərlər

4-09-2025, 15:35
Rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb
4-09-2025, 11:55
Kolleclərə qəbul olanların qeydiyyat tarixi açıqlanıb
4-09-2025, 11:41
Bakıda erməniəsilli şəxslərin məhkəməsi davam edir
4-09-2025, 09:43
İstanbul-Səmərqənd təyyarəsi Bakıya məcburi eniş edib
4-09-2025, 08:16
Ərdoğan: Fələstinə qarşı cinayətlərə göz yummaq olmaz
3-09-2025, 19:50
Prezident İlham Əliyevin Çinə səfəri başa çatıb - Fotolar
3-09-2025, 17:18
Saxta domenlər bloklanıb
3-09-2025, 10:18
İlham Əliyevlə Şavkat Mirziyoyev Pekində görüşüblər - Video
3-09-2025, 10:00
İlham Əliyev Pekində dövlət başçılarının şərəfinə verilən ziyafətdə iştirak edib - Video
3-09-2025, 07:29
Prezident və birinci xanım Qələbə paradını izləyiblər
2-09-2025, 16:28
Avropa İttifaqının yeni səfiri Azərbaycana gəlib - Foto
2-09-2025, 12:02
İlham Əliyev Çin şirkətinin sədri ilə görüşüb - Fotolar
2-09-2025, 11:15
İlham Əliyev Tiencində vitse-prezidentlə görüşüb - Foto
1-09-2025, 17:27
Mehriban Əliyeva birinci xanımlarla gəmi gəzintisində iştirak edib - (Yenilənib) - Fotolar
1-09-2025, 15:59
İlham Əliyev "ŞƏT plyus" formatındakı görüşdə çıxış edib - Yenilənib
1-09-2025, 12:49
İlham Əliyevlə Nikol Paşinyan görüşüb
1-09-2025, 10:52
İlham Əliyev Maldiv prezidenti ilə görüşüb - (Yenilənib) - Foto
1-09-2025, 10:35
Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
1-09-2025, 07:57
Türkiyə və Çin liderləri Orta Dəhlizi müzakirə ediblər
31-08-2025, 11:37
İlham Əliyev Sadır Japarova məktub göndərib
31-08-2025, 09:50
Si Cinpin: Azərbaycan-Çin əlaqələri inkişaf edir
30-08-2025, 19:30
Aİ-nin xüsusi nümayəndəsi Naxçıvana gəlib
30-08-2025, 18:08
Prezident İlham Əliyev Çinə səfər edib - Fotolar
30-08-2025, 08:13
Bakı-Ağdam sərnişin qatarı istifadəyə verilib
29-08-2025, 18:25
MİQ üzrə müsahibə mərhələsinin nəticələri elan olunub
29-08-2025, 16:13
Prezident icra başçısına şiddətli töhmət verib
29-08-2025, 16:10
"Qarabağ" futbol klubuna 5 milyon manat ayrılıb - Sərəncam
29-08-2025, 12:32
Ali Məhkəmə daha bir iş üzrə vahid qərar qəbul edib
29-08-2025, 10:03
Kolleclərin boş qalan plan yerləri üzrə ixtisas seçimi başlayıb
27-08-2025, 13:54
Ağdama növbəti köç karvanı gedib - (Yenilənib)
27-08-2025, 12:11
Prezident İlham Əliyev Maya Sanduya məktub ünvanlayıb
27-08-2025, 10:44
İlham Əliyev: "Azərbaycan torpağında bir nəfər də rus əsgəri yoxdur"
26-08-2025, 22:01
Ağstafanın meşə sahəsində yanğın məhdudlaşdırılıb
26-08-2025, 18:31
Plan yerləri ən çox üçüncü ixtisas qrupunda dolub
26-08-2025, 18:19
Ali təhsil müəssisələrinə qəbul olanların sayı açıqlanıb
26-08-2025, 17:24
Hərbçilərimiz Türkiyədə komando kursunda iştirak edirlər
26-08-2025, 16:44
Nazirlər Kabinetinin xüsusi iclası keçirilib - (Yenilənib)
26-08-2025, 15:01
Eldar Əzizov müşavirə keçirib, tapşırıqlar verib
26-08-2025, 10:15
Dindarlar adından Mehriban Əliyevaya müraciət ünvanlanıb - Foto
26-08-2025, 01:04
Bu gün Laçın Şəhəri Günüdür