17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Azərbaycan İtaliyadan hərbi təyyarələr alacaq - Müqavilə imzalanıb
Tarix: 21-02-2020 13:09 | Bölmə: Gündəm
Azərbaycan İtaliyadan hərbi təyyarələr alacaq - Müqavilə imzalanıb

Azərbaycan və İtaliya hərbi sahədə əməkdaşlığı genişləndirmək üçün növbəti addım atıb.

Reyting.az
xəbər verir ki, iki ölkə arasında "M-346" təyyarələri inteqrasiya sisteminin alınması ilə bağlı sənəd imzalanıb.

"Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə "Leonardo S.p.A" arasında "M-346" təyyarələri inteqrasiya sisteminin alınması ilə bağlı Sazişə dair Bəyannamə"ni Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov və "Leonardo S.p.A"nın icraçı direktoru Alessandro Profumo mübadilə ediblər.

Bəyannamə Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya dövlət səfəri çərçivəsində imzalanıb.

Qeyd edək ki, fevralın 19-da Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri başlayıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}