20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Ukrayna Ali Radası “erməni soyqırımı”nın müzakirəsindən imtina etdi
Tarix: 21-02-2020 14:26 | Bölmə: Gündəm
Ukrayna Ali Radası “erməni soyqırımı”nın müzakirəsindən imtina etdi

Ukrayna Ali Radası qondarma “erməni soyqırımı”na dair qanun layihəsinin müzakirəsindən imtina edib.

Azərbaycanın Ukraynadakı səfirliyindən "Report"a verilən məlumata görə, Ali Radanın hakim “Xalqın xidmətçi”sinin deputatı Darya Volodinanın təqdim etdiyi “erməni soyqırımı qurbanlarının anılması” ilə bağlı qanun layihəsi müzakirə edilmədən geri qaytarılıb.

Fevralın 14-də qeydə alının qanun layihəsinin Azərbaycan və Türkiyənin Ukraynadakı səfirliklərinin birgə səyləri nəticəsində Ali Radanın komitə iclasında belə müzakirə olunması təxirə salınıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər