Tovuzda yol tikilməsi üçün 4 milyon manat ayrıldı - Sərəncam
Tarix: 05-03-2020 17:27 | Bölmə: Gündəm
Tovuzda yol tikilməsi üçün 4 milyon manat ayrıldı - Sərəncam

Prezident İlham Əliyev "Tovuz rayonunun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.

Reyting.az
xəbər verir ki, sərəncamla Bakı-Böyük Kəsik dəmir yolu xəttinin Tovuz şəhərinin Rövşən Məmmədov küçəsindən keçən hissəsində avtomobillərin və piyadaların rahat hərəkətini təmin edəcək yeni yol qovşağının tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 4 milyon manat ayrılıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}