10:43 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşü olacaq
Tarix: 06-03-2020 12:09 | Bölmə: Gündəm
Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşü olacaq

Bu il Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin növbəti üçtərəfli görüşü keçiriləcək.

Bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, üçtərəfli görüşə Gürcüstan ev sahibliyi edəcək.

Bildirilib ki, ötən gün Bakıda Gürcüstanın müdafiə naziri İrakli Qaribaşvili və Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov arasında keçirilən görüşdə üçtərəfi hərbi əməkdaşlıq məsələləri də müzakirə olunub və bu formatın önəmi vurğulanıb.

Qeyd edək ki, üç ölkənin müdafiə nazirlərinin sonuncu üçtərəfli görüşü 2019-cu ilin iyununda Qəbələdə keçirilib/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}