20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Prezident göstəriş verdi: hökumət  bu ölkəyə 100 min dollarlıq yardım etdi
Tarix: 06-03-2020 16:03 | Bölmə: Gündəm
Prezident göstəriş verdi: hökumət  bu ölkəyə 100 min dollarlıq yardım etdi

Afrikanın Sahel regionunda gərgin sosial-iqtisadi vəziyyətlə bağlı İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzv dövlətlərə etdiyi müraciətə cavab olaraq, İƏT-in Nigerdəki humanitar və inkişaf idarəsinin İƏT Regional Ofisə çevrilməsinə dəstəyin verilməsi məqsədilə Azərbaycan Prezidenti Ilham Əliyevin göstərişi ilə Nazirlər Kabineti tərəfindən bu təşkilata 100 min ABŞ dolları həcmində yardım edilib.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən Reyting.az-a verilən məlumata görə, İƏT-in sözügedən idarəsinin Regional ofisə çevrilməsi ilə əlaqədar qərar 1-2 mart 2019-cu il tarixlərində Əbu-Dabidə keçirilmiş İƏT Xarici İşlər Nazirləri Şurasının 46-cı sessiyası və ötən ilin 31 may tarixində Məkkədə keçirilmiş İƏT-in Dövlət və Hökumət başçılarının 14-cü Sammitində qəbul olunub. 




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər