Mehriban Əliyeva: “Videoçarx mənə xoş duyğular yaşatdı”
Tarix: 07-03-2020 23:15 | Bölmə: Gündəm
Mehriban Əliyeva: “Videoçarx mənə xoş duyğular yaşatdı”

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva "Instagram" səhifəsində etdiyi paylaşımda autizm sindromlu uşaqlara 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbriklərinə görə minnətdarlığını bildirib.

Reyting.az
xəbər verir ki, M. Əliyevanın paylaşımında deyilir:

“Beynəlxalq Qadınlar Günü münasibətilə autizm sindromlu uşaqlar tərəfindən sevgi ilə hazırlanmış videoçarx mənə xoş, isti, işıqlı duyğular yaşatdı. Bu uşaqların simasında mənə bayram təbriklərini çatdıran bütün balaca soydaşlarımızı bağrıma basıram, hər birinə möhkəm cansağlığı, uzun ömür, xoşbəxt gələcək arzulayıram!”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}