Milli Məclisin bu gün keçirilən iclasında İlham Əliyevin də iştirakı gözlənilir
Tarix: 10-03-2020 00:28 | Bölmə: Gündəm
Milli Məclisin bu gün keçirilən iclasında İlham Əliyevin də iştirakı gözlənilir

VI çağırış Milli Məlisin bu gün keçiriləcək ilk iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də iştirak edəcəyi gözlənilir.

Reyting.az
-ın etimad etdiyi mənbələr bu məlumatı təkzib etməyiblər.

Qeyd edək ki, Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimlinin sözlərinə görə, bu gün Milli Məclisin iclası keçiriləcək və bütün deputatlar iclasa dəvət edilib.

Tarixə nəzər saldıqdan bəlli olur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev IV və V çağırış Milli Məclisin ilk iclaslarında iştirak edib və deputatlar qarşısında nitq söyləyib.

Araşdırmalarımız göstərir ki, bu gün Milli Məclisin ilk iclası gözlənilsə də, parlamentdə akkreditasiya olunan jurnalistlər bu barədə məlumatsızdır. Bu isə əldə etdiyimiz məlumatı dolayısı ilə təsdiqləyir. Çünki yaxın tariximizin ənənəsi göstərir ki, parlamentin iclasında Prezidentin iştirakı gözləniləndə toplantıya yalnız Prezident Administrasiyasında qeydiyyatdan keçən KİV nümayəndələri dəvət olunur.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}