Prezident Milli Məclisin ilk iclasında iştirak edir
Tarix: 10-03-2020 11:14 | Bölmə: Gündəm
Prezident Milli Məclisin ilk iclasında iştirak edir

Milli Məclisin yeni tərkibdə ilk iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edir.

İclası Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev açaraq deputatları təbrik edib. Bildirib ki, Milli Məclisin Daxili Nizamnaməsinin 2-ci maddəsinə görə, parlamentin ilk iclasını ən yaşlı deputat aparır və bu missiya deputat Ziyad Səmədzadəyə nəsib olub.

İclasın gündəliyinə 1 məsələ - Təşkilati məsələlər daxil edilib.

İclasda əvvəlcə Hesablayıcı Komissiya, sonra Milli Məclisin Sədri və onun müavinləri seçiləcək.

Parlamentdə çoxluq təşkil edən YAP Milli Məclisin sədri vəzifəsinə Sahibə Qafarovanın, sədrin I müavini vəzifəsinə Əli Hüseynlinin və sədrin müavini vəzifəsinə Hicran Hüseynovanın namizədliyini irəli sürüb. Bitərəf deputatlar isə parlamentin sədr müavini vəzifəsinə Adil Əliyevin namizədliyini irəli sürüb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}