20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
2 hakimin səlahiyyətinə xitam verilib, 7-si azad olunub... -  MHŞ-dan yeni qərarlar
Tarix: 10-03-2020 18:03 | Bölmə: Gündəm
2 hakimin səlahiyyətinə xitam verilib, 7-si azad olunub... -  MHŞ-dan yeni qərarlar

Məhkəmə-Hüquq Şurası bir neçə hakimi cəzalandırıb.

Reyting.az
xəbər verir ki, bununla bağlı ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə Məhkəmə-Hüquq Şurasının iclasında qərar qəbul edilib

Qərara əsasən, Şuranın sədri, keçirilən iclasda Lerik Rayon Məhkəməsinin hakimi Atabəy Kiçibəyova töhmət verilib: "Eyni zamanda, Bakı Apellyasiya Məhkəməsinin hakimi Elmira Nağıyevaya və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Ayaz Məmmədova irad tutulub, bir neçə hakim barədə intizam icraatları başlanılıb.

Bundan başqa, 2 nəfərin səlahiyyətlərinə xitam verilib, 7 nəfər tutduğu vəzifədən azad olunub. 18 hakimin səlahiyyət müddəti uzadılmayıb". 




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər