Təhsil Nazirliyi teledərslərin sabahkı cədvəlini açıqladı - Qrafik
Tarix: 12-03-2020 11:21 | Bölmə: Gündəm
Təhsil Nazirliyi teledərslərin sabahkı cədvəlini açıqladı

Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” kanalında yayımlanan “Dərs vaxtı” verilişinin martın 13-ü üçün nəzərdə tutulan buraxılışının cədvəli məlum olub.

Reyting.az
xəbər verir ki, sabah I, II, VII, VIII, IX və XI siniflərin dərsləri keçiriləcək.

Belə ki, səhər saat 10.00-da VII siniflər üzrə Azərbaycan tarixi, Fizika, Coğrafiya, Xarici dil, saat 11.00-da VIII siniflər üzrə Azərbaycan dili, Riyaziyyat, Kimya, Biologiya, saat 12.00-da IX siniflər üçün Coğrafiya, Fizika, Xarici dil, Azərbaycan tarixi, saat 13.00-da XI siniflər üzrə Azərbaycan tarixi, Fizika, Coğrafiya, saat 14.00-da I siniflər üzrə Azərbaycan dili, Riyaziyyat, Xarici dil, 15.00-da isə II siniflər üzrə Azərbaycan dili, Riyaziyyat və Təsviri İncəsənət fənni üzrə teledərslər təşkil olunacaq.

Xatırladaq ki, teledərslər həftənin 5 günü saat 10-dan 16-dək davam edəcək və bütün sinifləri əhatə edəcək. Dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunacaq.

Verilişin sabah üçün nəzərdə tutulan cədvəli aşağıdakı kimidir:

Təhsil Nazirliyi teledərslərin sabahkı cədvəlini açıqladı




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}