14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Azərbaycandan daha bir neçə ölkəyə aviareyslər dayandırılır - Siyahı
Tarix: 15-03-2020 20:48 | Bölmə: Gündəm
Azərbaycandan daha bir neçə ölkəyə aviareyslər dayandırılır

Nazirlər Kabineti yanında Operativ Qərargah yeni məlumat yayıb.

Qərargahdan Reyting.az-a verilən məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya hesab olunan koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində “Azərbaycan Hava Yolları” və əcnəbi aviaşirkətlər tərəfindən aşağıdakı istiqamətlər üzrə həyata keçirilən uçuşlar müvəqqəti dayandırılır:

- 16 mart tarixindən etibarən AZAL və Özbəkistan hava yolları vasitəsilə Bakı-Daşkənd-Bakı;

- 16 mart tarixindən etibarən AZAL vasitəsilə Bakı-Lvov-Bakı;

- 17 mart tarixindən etibarən AZAL vasitəsilə Bakı-Dubay-Bakı;

- 17 mart tarixindən etibarən AZAL vasitəsilə Bakı-Kazan-Bakı, Bakı-Minvodı-Bakı, Bakı-Ufa-Bakı;

- 24 mart tarixindən etibarən AZAL vasitəsilə Bakı-Nyu-York-Bakı;

- 17 mart tarixindən etibarən Qatar hava yolları vasitəsilə Bakı-Doha-Bakı;

- 17 mart tarixindən etibarən Air Arabia, Ethiad, Fly Dubai vasitəsilə Abu-Dabi-Bakı-Abu-Dabi, Dubay-Bakı-Dubay, Şarja-Bakı-Şarja;

- 17 mart tarixindən etibarən S7 hava yolları vasitəsilə Novosibirsk-Bakı-Novosibirsk;

- 17 mart tarixindən etibarən UralAirlines vasitəsilə Yekaterinburq-Bakı-Yekaterinburq;

- 18 mart tarixindən etibarən İrAero hava yolları vasitəsilə Krasnoyarsk-Bakı-Krasnoyarsk;

- 17 mart tarixindən etibarən Utair hava yolları vasitəsilə Surqut-Bakı-Surqut.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}