Operativ Qərargah koronavirusla bağlı vətəndaşlara yenidən müraciət edib
Tarix: 18-03-2020 10:08 | Bölmə: Gündəm
Operativ Qərargah koronavirusla bağlı vətəndaşlara yenidən müraciət edib

Hazırda Azərbaycanda 27 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altındadır. Onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.

Reyting.az
-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildiriblər.

Qərargahın məlumatında qeyd olunur ki, xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan həmin şəxslər özlərini normal hiss edir, səhhətləri stabil qiymətləndirilir.

“Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma sürətini nəzərə alaraq, vətəndaşlarımızı Ümumdünya Səhiyyə Təşkilatı və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməyə çağırırıq”,- deyə rəsmi məlumatda bildirilir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}