20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Ölkəyə idxal olunan üç məhsul əlavə dəyər vergisindən azad edildi  - Fərman
Tarix: 27-03-2020 17:40 | Bölmə: Gündəm
Ölkəyə idxal olunan üç məhsul əlavə dəyər vergisindən azad edildi 

Bu gün Prezident İlham Əliyev “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Reyting.az
xəbər verir ki, Fərmana əsasən, idxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısına daha bir neçə tibbi məhsul əlavə olunub.

Beləliklə, Azərbaycana idxal edilən baxillər, steril və qeyri-steril əlcəklər və tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorlar əlavə dəyər vergisindən azad edilib.

S/S Kod Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə xammal və materialların adları:

28. 3926200001 Baxillər

29. 4015190001 Steril və qeyri-steril əlcəklər

30. 6307909801 Tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorlar.

Bu fərman 2020-ci ilin iyunun 1-dək qüvvədədir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər