16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Əli Həsənov və ailə üzvləri Koronavirusla Mübarizə Fonduna vəsait köçürüblər
Tarix: 28-03-2020 21:43 | Bölmə: Gündəm
Əli Həsənov və ailə üzvləri Koronavirusla Mübarizə Fonduna vəsait köçürüblər

Azərbaycan Respublikası Prezidentinin sabiq köməkçisi Əli Həsənov və ailə üzvləri Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə köçürüblər.

Reyting.az
-ın məlumatına görə, bu barədə Aznews.az saytının baş redaktoru Taleh Şahsuvarlı bildirib.

Onun sözlərinə görə, Əli Həsənov İdarəçilik Akademiyasının kafedra müdiri kimi 3 aylıq maaşını ianə edib.

Əli Həsənovun həyat yoldaşı Sona Vəliyeva başçılıq etdiyi "Kaspi" Təhsil Şirkətindən 10 min, Xətai Estetik Klinikasından isə 3 min manat köçürüb.

T. Şahsuvalı qeyd edib ki, Ə. Həsənovun oğlu Şamxal Həsənov da başçılıq etdiyi müəssisədən Koronavirusla Mübarizəyə Dəstək Fonduna 20 min manat vəsait ödəyib.

“Bundan başqa, həmin müəssisələrdə çalışan bütün əməkdaşlar - yüzlərlə insan öz maaşlarını son qəpiyinədək alacaqlar. Bu da dövlətə, xalqa, insanlara bu çətin günlərdə dəstəyin bir formasıdır”, - deyə T. Şahsuvarlı bildirib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}