Yeni icra başçıları haqda maraqlı məlumatlar - Onlar kimdir?
Tarix: 21-05-2020 13:48 | Bölmə: Gündəm
Yeni icra başçıları haqda maraqlı məlumatlar - Onlar kimdir?

Xəbər verdiyimiz kimi, Elçin Adil oğlu Rzayev İmişli Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Reyting.az
Unikal.org-a istinadla xəbər verir ki, E.Rzayev bu təyinata qədər sıra dövlət vəzifələrində çalışıb. Əmlak Məsələləri Dövlət Komitəsinin dövlət müəssisələri və əmlakın idarə edilməsi şöbəsinin müdiri vəzifəsində çalışıb.

Əziz Əzizov Cəlilabaddan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinat aldıqdan sonra E.Rzayev rayonun Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edib. Qısa vaxtdan sonra Yasamal Rayon İcra Hakimiyyəti başçısının I müavini vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, E.Rzayev Prezidentin köməkçisi − Prezident Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun yaxın qohumudur.

Ağstafaya yeni icra başçısı Seymur Orucova gəldikdə isə, o, həm də keçmiş deputat, eyni zamanda, İqtisad Universitetinin sabiq rektoru Şəmsəddin Hacıyevin kürəkəni, Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat Səttar Möhbalıyevin bacısı oğludur.

Yeni icra başçıları haqda maraqlı məlumatlar - Onlar kimdir?




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}