I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının ikinci mərhələsinin vaxtı açıqlanıb
Tarix: 10-08-2020 16:59 | Bölmə: Gündəm
I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının ikinci mərhələsinin vaxtı açıqlanıb

I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının ikinci mərhələsi 20-21 avqust tarixlərində keçiriləcək.

Bu barədə Dövlət İmtahan Mərkəzindən Reyting.az-a verilən məlumata görə, 20-21 avqust 2020-ci il tarixlərində imtahan keçiriləcək rayon və şəhərlərin qrafiki, həmçinin “İmtahana buraxılış vərəqəsi” imtahan günündən 5 gün əvvəl DİM-in saytında yerləşdiriləcək.

Qeyd olunan tarixlərdə II və III ixtisas qrup üzrə ali təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı və qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan (Azərbaycan və ya rus dili) da keçiriləcək.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər
bütün xəbərlər
{sape_links}{sape_article}