16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Bu gün şəhidlərimizi Anım Günüdür - Foto
Tarix: 04-12-2020 01:00 | Bölmə: Gündəm
Bu gün şəhidlərimizi Anım Günüdür

Bu gün Vətən müharibəsində şəhid olanların xatirəsinə həsr edilmiş xüsusi Anım Günüdür.

Reyting.az
xəbər verir ki, Anım Günü ilə əlaqədar ölkədə bir sıra tədbirlər keçiriləcək.

Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi dekabrın 4-də saat 12:00-da bir dəqiqəlik sükutla yad ediləcək.

Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2 783 nəfər hərbi qulluqçusu həlak olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analizi metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri təbdirlər görülür. Hazırda 1 245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir.

Qeyd edək ki, "Xarı bülbül" Anım Gününün ikonasıdır.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}