09:06 / 19-09-2025
Madonna yeni albom buraxacaq
Rusiya Kiyevə yenidən hücum edib
Tarix: 19-09-2025 10:40 | Bölmə: Dünya
Rusiya Kiyevə yenidən hücum edib

Rusiyanın gecə hücumundan sonra Ukrayna paytaxtı Kiyevin Şevçenkivski rayonunda partlamamış düşmən dronu aşkar edilib.

Reyting.az
xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko “Telegram”da bidirib.

Onun sözlərinə görə, hazırda mütəxəssislər hadisə yerində işləyirlər.

O, həmçinin bildirib ki, vurulan PUA-nın dağıntıları ilkin olaraq bir neçə yerə, o cümlədən Şevçenkivski rayonundakı yol zolağına düşüb, trolleybus şəbəkəsinə ziyan dəyib.

“Hazırda biz bütün şəhər üzrə mümkün zərərin xarakterini müəyyənləşdiririk”, - o əlavə edib.

Xatırladaq ki, gecə saatlarında baş verən hücum səbəbindən Kiyevdə sürətli tramvay və funikulyor stansiyalarının turniketlərində kart ödənişləri və biletlərin yoxlanılmasında fasilələr yarana bilər.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər