09:06 / 19-09-2025
Madonna yeni albom buraxacaq
Avtomobil məktəbə gedən bacı-qardaşı vuraraq öldürüb
Tarix: 19-09-2025 09:16 | Bölmə: Cəmiyyət
Avtomobil məktəbə gedən bacı-qardaşı vuraraq öldürüb

Lənkəranda məktəblilərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Reyting.az
APA-ya istinadla bildirir ki, hadisə Lənkəran-Lerik magistralında Lənkəran rayonun Şovu kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı nəqliyyat vasitəsi məktəbə gedən şagirdlər – bacı, 2017-ci il təvəllüdlü Gülay Əlizadə, qardaşı, 2016-cı il təvəllüdlü Ramid Əliyevi vurub. Hər iki mərtəbəli ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunsa da, onların həyatını xilas etmək mümkün olmayıb.

Meyitlər aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, hadisəni törədən "Mercedes" markalı nəqliyyat vasitəsi qəzadan sonra idarəetməni itirərək yol kənarına çıxıb.

Faktla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:47 Sabah yağış yağacaq
16-09-2025, 13:27 Sabah yağış yağacaq
14-09-2025, 13:22 Sabah yağış yağacaq
12-09-2025, 12:53 Sabah yağış yağacaq