Azərbaycanda daha 118 nəfər koronavirusa yoluxub, 13 nəfər vəfat edib
Tarix: 18-01-2021 18:32 | Bölmə: Gündəm
Azərbaycanda daha 118 nəfər koronavirusa yoluxub, 13 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 118 yeni yoluxma faktı qeydə alınıb, 503 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Reyting.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 227 391 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 215 771 nəfər müalicə olunaraq sağalıb, 3 022 nəfər vəfat edib, aktiv xəstə sayı 8598 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 399, ötən müddət ərzində isə ümumilikdə 2 321 592 test aparılıb".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}