Bakıda diplomatların sessiyası keçirilir - Yenilənib
Tarix: 08-07-2022 13:30 | Bölmə: Gündəm
Bakıda diplomatların sessiyası keçirilir

Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin müşavirəsinin Bakı şəhərində keçirilən sessiyası öz işinə başlayıb.

Reyting.az
xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “Twitter“ hesabında bildirilib.

Tədbirdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev, xarici işlər naziri Ceyhun Bayramov, ADA Universitetinin rektoru Hafiz Paşayev də iştirak edirlər.

***

Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin müşavirəsinin Bakı şəhərində keçirilən sessiyasında müzakirə olunacaq məsələlər açıqlanıb.


Xarici işlər naziri Ceyhun Bayramov “Twitter”də qeyd edib ki, diplomatik xidmət orqanları rəhbərlərinin müşavirəsinin Bakı şəhərində bu gün işinə başlayan sessiyası çərçivəsində Azərbaycanın xarici siyasətinin prioritet məsələləri, habelə regional və qlobal gündəliyin aktual mövzuları müzakirə olunacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}