Kəlbəcərdəki mövqelərimiz atəşə tutulub
Tarix: 12-07-2022 10:52 | Bölmə: Gündəm
Kəlbəcərdəki mövqelərimiz atəşə tutulub

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub.

Reyting.az
Müdafiə Nazirliyinə istinadla xəbər vebrir ki, iyulun 11-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}