Mexanikləşdirilmiş bölmələrin döyüş hazırlığı yoxlanılıb - Video
Tarix: 13-07-2022 12:53 | Bölmə: Gündəm
Mexanikləşdirilmiş bölmələrin döyüş hazırlığı yoxlanılıb

2022-ci il döyüş hazırlığı planına uyğun olaraq, mexanikləşdirilmiş bölmələrin heyətləri ilə sürücülük və atəş hazırlığı üzrə praktiki çalışmalar yerinə yetirilib.

Reyting.az
Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, çalışmaların icrası zamanı sürücü-mexaniklər döyüş texnikasını idarəetmə bacarıqlarını, tuşlayıcı operatorlar isə müxtəlif silahlardan atəş açma qabiliyyətlərini təkmilləşdiriblər.

Mexanikləşdirilmiş bölmələrin döyüş hazırlığının daha da yüksəldilməsi məqsədilə keçirilən praktiki çalışmalarda qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}