18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Prezident Qırğızıstanla bağlı Memorandumu təsdiqləyib
Tarix: 15-07-2022 14:53 | Bölmə: Gündəm
Prezident Qırğızıstanla bağlı Memorandumu təsdiqləyib

“Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının yaradılması haqqında” Memorandum təsdiq edilib.

Reyting.az
xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Azərbaycan Respublikasının Qanununu imzalayıb.

Sənədə əsasən, “Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının yaradılması haqqında” 2022-ci il aprelin 20-də Bakı şəhərində imzalanmış Memorandum təsdiq edilib.

Bundan əlavə, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında hava əlaqəsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu da imzalayıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər