18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Hərbi Prokurorluq sosial mediadakı məlumatları araşdırır
Tarix: 02-10-2022 15:14 | Bölmə: Gündəm
Hərbi Prokurorluq sosial mediadakı məlumatları araşdırır

Bəzi sosial media səhifələrində Azərbaycan hərbi qulluqçuları tərəfindən erməni silahlı birləşmələrinin üzvlərinə qarşı qanunsuz əməllərə yol verilməklə saxlanılmış təxribatçıların atəşə tutulmasının iddia olunduğu görüntülər yayılıb. Reyting.az xəbər verir ki, Azərbaycanın Hərbi Prokurorluğu bununla bağlı araşdırma aparır.

Hərbi Prokurorluq bu kateqoriyadan olan videoların həqiqi olub-olmaması, habelə videolardakı görüntülərin çəkildiyi zaman və məkan, onlarda əks olunan hərbi qulluqçuların şəxsiyyəti, eləcə də həqiqətin müəyyən edilməsi üçün əhəmiyyət kəsb edən digər bütün halları tam və hərtərəfli araşdırır.

Araşdırmanın nəticəsində qanunla nəzərdə tutulmuş tədbirlər görüləcək.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər